KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxtda “VAZ-21013” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev saxlanılıb

28.03.2023

Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.