KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini S.Qasımova qarşı quldurluq etməkdə şübhəli bilinən N.Kərimli və T.Həmidov saxlanılıblar

28.03.2023

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında  keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Kərimli və T.Həmidov müəyyən olunaraq saxlanılıblar. 
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.