KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami rayonunda 17.800 manat pul olan çantasını oğurlamaqda şübhəli bilinən R.Quliyev saxlanılıb

28.03.2023

Martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17.800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini R.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.