KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu qəsəbə sakini Y.Novruzova münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Qəbələ rayon sakini Ə.Rəsulov saxlanılıb

02.06.2023

Mayın 31-də Sabunçu qəsəbə sakini Y.Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub. 
Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Ə.Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.  
Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.