KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Beynəlxalq Avtovağzalında vətəndaşın çantasından pul oğurlamaqda şübhəli bilinən E.Namazov saxlanılıb

04.06.2023

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini E.Namazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.