KRİMİNAL XRONİKA

Əsas səhifə

Mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

04.06.2023

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə mayın 25-də gecə saatlarında Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şərur rayon sakinləri N.Ələkbərov və Ü.Məhərrəmov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.