KRİMİNAL XRONİKA
Əsas səhifəNizami rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Cəmilov saxlanılıb
04.12.2024
Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.