KRİMİNAL XRONİKA
Əsas səhifəYasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb
07.01.2025
Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən 1500 manat dəyərində elektrik naqili və inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində bir neçə evdən naqil, noutbuk, oyun aparatları və qızıl əşyaları oğurlaması da müəyyən olunub.