KRİMİNAL XRONİKA
Əsas səhifəPaytaxtda 50 kisə duz və eynək oğurlayan şəxslər saxlanılıblar
21.04.2025
Sabunçu rayonu ərazisində yerləşən anbarların birindən 2550 manat dəyərində kompressor, skuter və 50 kisə duz oğurlanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı M.Bayramov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Qaradağ rayonunda yerləşən evlərin birindən 760 manat dəyərində təmir alətləri və elektrik naqilini oğurlayan 37 yaşlı S.Mehdiyev, həmçinin Nizami rayonunda mağazadan 485 manat dəyərində 24 ədəd eynək oğurlayan 21 yaşlı Ş.İsmayılov da saxlanılıb.
Araşdırmalar aparılır.