KRİMİNAL XRONİKA
Əsas səhifəBinəqədi rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb
28.05.2025
Binəqədi rayonu ərazisində 1369 manat dəyərində kabel oğurlanıb. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs rayon ərazisində bir nəfərin “Kia” markalı avtomobilindən 660 manat maddi vəsait və digər bir şəxsin həyətindən 1000 manat dəyərində dəmir materiallar da oğurlayıb.
Araşdırmalar davam etdirilir.