KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxt ərazisində avtomobildən oğurluq edənlər saxlanılıblar

02.06.2025

Paytaxtın Qaradağ rayonunda bir nəfərə məxsus avtomobildən 1300 manat oğurlanıb. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı R.Ağayev saxlanılıb. 
Nəsimi rayonunda baş vermiş analoji hadisə nəticəsində də avtomobildən 700 dollar talamaqda şübhəli bilinən 38 yaşlı R.Süleymanov da polis əməkdaşları tərəfindən saxlanılıb. 
Faktlarla bağlı araşdırma aparılır.