KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail rayonunda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

23.10.2025

Paytaxtın Səbail rayonunda bir nəfərin nəqliyyat vasitəsi qaçırılıb. 
Rayon sakini ərazi polis orqanına müraciət edərək oktyabrın 21-də “VAZ-2107” markalı avtomobilinin naməlum şəraitdə qaçırılmasını bildirib. 
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı T.Kərimov avtomobillə birgə müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.