Xəbərlər

Əsas səhifə

POLİS – PEŞƏKARLIQ VƏ MƏSULİYYƏT

07.09.2015

Məlum olduğu kimi, ölkəmizdə xalq hakimiyyətinin, bərabərlik və azadlığın əsası olan demokratiya, insan hğquqları cəmiyyətin həyat tərzinə çevrilib. Dğşğnəndə ki, bu nailiyyətlərin qazanılmasında Azərbaycan polisinin də payı var, istər-istəməz polis olaraq rahatlıq tapırsan, həftələrin, ayların gərginliyi unudulur. Ona görə ki, Azərbaycan polisi fəaliyyətini yeni dövrğn tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşmanı başlıca meyar hesab edir.

Polisin fəaliyyəti birbaşa olaraq, insanların ictimai təhlükəsizliyinə yönəlib. Bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir adamın yox, böyük bir toplumun gələcəyi ilə əlaqəlidir. Hər bir sahədə intizam və məsuliyyətin olması, ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi, hüquqlarının və azadlıqlarının qorunması, gündəlik həyatda sabitliyin və əmin-amanlığın, bir sözlə, qayda-qanunun təmin edilməsi deməkdir. Deməli, hər bir dövlət nümayəndəsinin - polisin fəaliyyətində məsuliyyət hissi vacib amildir, mənəvi öhdəlikdir. Təsdiqlənən həqiqətdir ki, bu peşənin fədailəri nə qədər əzmkar olsa, nə qədər qanunlara hörmətlə yanaşsa, vətəndaş tərəfindən rəğbətlə qarşılanacaq. 2002-ci ildə “Azərbaycan Polisi Günü”nə həsr olunan təntənəli mərasimdə ulu öndərimiz Heydər Əliyev bu barədə daha konkret, daha anlamlı dillə vurğulayıb ki, polis peşəsi çətin, ağır peşədir: “Amma şərəfli peşədir. Kim özünü bu peşəyə həsr edirsə, o, həmişə xalq, millət içində hörmətli adam olacaqdır. Sağlığında da, dünyasını dəyişəndən sonra da...”.

Milliyyətindən, ictimai mənsubiyyətindən, sosial statusundan və əqidəsindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. Törədilən hər bir hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi hamıya aiddir. Bu prinsipi həyata keçirən polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirən zaman qanunlara, vəzifə təlimatlarına, habelə rəhbərliyin əmr və göstərişlərinə əməl edir. DİN rəhbərliyinin hər bir polis əməkdaşından əsas tələbi odur ki, cəmiyyətin inkişafı naminə peşəkar və məsuliyyətli olsun, vətəndaş maraqlarına həssas yanaşsın. Bunun nəticəsidir ki, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişafı günümüzün reallığına çevrilib. Beynəlxalq ekspertlər tərəfindən xüsusi vurğulanır ki, Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter daşıyır. Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması ölkədəki əlverişli həyat şəraitini təmin edir.

Respublikamızda cinayətlərin statistikasında qəsdən sağlamlığa ağır zərərvurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar azalmış, adamların girov götürülməsi, banditizm kimi ağır cinayətlər qeydə alınmayıb. Polis orqanlarının fəaliyyətində keçilən yol qısa, qazanılan nailiyyətlər isə çoxdur. Bunlar necə baş verir? Bu törədilən hər bir hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi əsasında formalaşdırılmış iş metodlarından irəli gəlir. Və etiraf edək ki, məhz bu məqam bir çox məsələlərin həllində açar rolunu oynayır. Doğrudan da polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaqla
yekunlaşmır, həm də vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin, cəmiyyət inkişaf edə bilsin. Çünki sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarından, nə iqtisadi inkişafdan, nə də ki, sosial problemlərin həllindən danışmaq olar. Çox təbii və sevindirici haldır ki, bunlar barədə cəmiyyət daha yaxşı düşünür. Cinayət və cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqedə dayanan Azərbaycan polisi bu nailiyyətləri ilə arxayınlaşmır, dövrün çağrış və təhdidlərinə adekvat cavab vermək üçün gündən-günə təkminləşir, inkişaf edir.

Azərbaycanda vətəndaşların polislə, digər hüquq mühafizə-orqanları ilə əlaqəsini göstərən təkcə bir faktı demək kifayətdir ki, bu gün cinayətlərin 60-70 faizdən çoxu vətəndaşların yaxından iştirakı ilə açılır. Əslində, vətəndaş özü maraqlıdır ki, ölkəmizdə daxili sabitlik, əmin-amanlıq olsun. Məntiqi nəticə də belədir ki, sabitlik olan yerdə inkişaf, inkişaf olan yerdə də dövlətin siyasətinə ümumvətəndaş dəstəyi var. Bu anlamda polis insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaqla öz vəzifələrini icra edir. Bu, vəzifələr o qədər müqəddəs amala çevrilib ki, bu gün vətəndaş arxayındır ki, onun qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qoruyan mütəşəkkil, mobil təchizata malik Azərbaycan Polisi var. Bunun nəticəsidir ki, respublikamız cinayətlərin sayının azlığına görə, ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqeyini qoruyub saxlamaqla cəmiyyətdə əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyib.