Xəbərlər

Əsas səhifə

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

17.06.2021

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Əmircan qəsəbəsində yaşayan E.Babayev iyunun 16-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Ağayev və T.İsmayılov müəyyən edilərək həmin gün saat 10 radələrində Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar.
Araşdırma aparılır.