Xəbərlər
Əsas səhifəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib
02.07.2021
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə
polis polkovniki İslam Möhsüm oğlu Hümbətova
polis polkovniki Əkbər Məcid oğlu İsmayılova
polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2021-ci il