Xəbərlər

Əsas səhifə

Avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

15.10.2021

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də “London Taxi” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir.
Ətrafında aparılmış tədbirlərlə onun Yasamal RPİ tərəfindən borclu qismində axtarışda olması da müəyyən edilmişdir. Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülmüşdür.