Xəbərlər

Əsas səhifə

30 cinayətin üstü “isti izlər”lə açılmışdır

31.10.2021

Respublikanın daxili işlər orqanları tərəfindən 31.10.2021-ci il tarixdə  gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.