Xəbərlər
Əsas səhifəDİN icazəsiz aksiya keçirilməsi barədə çağırışlarla əlaqədar xəbərdarlıq edib
14.12.2021
Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.
Buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, belə çağırışlardan artıq xəbərdardırlar: "Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir."