Xəbərlər

Əsas səhifə

Daxili İşlər Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20.01.2022

Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.