Xəbərlər

Əsas səhifə

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə DİN qadın əməkdaşlarına və hərbi qulluqçularına

08.03.2022

Hörmətli həmkarlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Zəngin mədəni dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan Qadını həmişə saflığı və sədaqəti ilə seçilmiş, cəmiyyətimizin və hər bir ailənin etibarlı mənəvi dayağı olmuşdur.
Bu gün də ölkəmizin ictimai həyatında mühüm rol oynayan və dövlət quruculuğunda fəal iştirak edən qadınlar öz gücünü, enerjisini müstəqil Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına sərf edir, eyni zamanda vətənpərvər, torpağını, yurdunu sevən mübariz gənc nəslin yetişməsinə müstəsna töhfələr verirlər.
Qurub-yaratmaq əzmi tükənməyən Azərbaycan qadınının cəmiyyətimizin həyatında səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında misilsiz xidmətləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul və şərəfli vəzifələrini layiqincə yerinə yetirdiklərini, böyük məmnunluqla qeyd edərək bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!
Vilayət Eyvazov 
Azərbaycan Respublikasının daxili işlər naziri 
general-polkovnik