Xəbərlər

Əsas səhifə

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısı alınır

27.04.2022

Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib
Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 
Aprelin 27-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.   
Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.   
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “ZİL” markalı avtomobilin sürücüsü B.Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi N.Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirili