Xəbərlər

Əsas səhifə

Respublika ərazisində keçirilən əməliyyat tədbirləri ilə 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

13.01.2023

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.