Xəbərlər

Əsas səhifə

Cüdo üzrə Bakı çempionatı keçirilib

03.12.2016

Bu günlərdə cüdo üzrə Bakı çempionatı keçirilib. Paytaxtın bütün idman klub və cəmiyyətlərinin yetirmələrinin qatıldığı yarışda DİN İdman Cəmiyyətinin Cüdo bölməsinin yetirmələri də mübarizə aparıblar.

Əməkdar məşqçi Zakir Kərimovun yetirmələrindən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Kənan Nağıyev, Əlahiddə Çevik Polis Alayının əməkdaşı Nuriyyə Axundova öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək paytaxt çempionu adını qazanıblar.

Onların komanda yoldaşlarından Əlahiddə Çevik Polis Alayının əməkdaşı Azər Fətullayev və Səbail RPİ-nin polis nəfəri Murad Məmmədov gümüş medala sahib olublar. 
Daxili Qoşunlar Baş İdarəsinin təmsilçiləri Ceyhun Baxşıyev və Hikmət Alışov fəxri kürsünün üçüncü pilləsinə qalxıblаr.

Yeri gəlmişkən, bu yarışda daxili işlər orqanlarının əməkdaşları ilə yanaşı İdman Cəmiyyətinin mütəxəssislərinin yetirməsi olan digər soydaşlarımız da uğurlara imza atıblar. Onlardan Sənubər Nəbiyeva çempion olub, Elnur Əhmədli gümüş medal qazanıb.