Xəbərlər

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.02.2017

Müsabiqədə avtomobil nəqliyyatına aid orta ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi üç il əmək stajına malik, 20-25 yaşlarında, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və ya yaxın qohumları məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol-hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq. Xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər fevralın 20-dən martın 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Kənar Dairəvi yolun kəsişməsi) müraciət etməlidirlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün), sürücülük vəsiqəsi, kompüterdə işləmək bacarığını təsdiq edən müvafiq sənəd (sertifikat və s.) şəxsən təqdim edilməlidir.

Əlavə məlumatı 012 590 21 65, 012 590 21 66 telefon nömrələrindən almaq olar.