Xəbərlər
Əsas səhifəPaytaxtın Yasamal və Nizami rayonlarında tikintilərdən oğurluq edənlər saxlanılıb
25.10.2024
Yasamal rayonu ərazisində yerləşən tikinti ərazisindən şirkətə məxsus kabellərin oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən A.İmanov, B.İmanov və N.Ağayev saxlanılıb.
Nizami rayonu ərazisində yerləşən bir tikintidən isə 2500 manat dəyərində dəmir dirəklər oğurlamaqda şübhəli bilinən K.Dəlləkov, S.Əhmədov və H.Məmmədov 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.