Xəbərlər

Əsas səhifə

Sabunçu rayonunda 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

30.10.2024

Sabunçu rayonunun Nardaran qəsəbəsində 3 evdən oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub.  
Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin evlərdən pul, ümumilikdə 3400 manat dəyərində geyim və məişət əşyaları, velosiped və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. 
Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 41 yaşlı H.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.