Xəbərlər

Əsas səhifə

Çalışdıqları yerdən oğurluq edən iki şəxs saxlanılıb

02.06.2025

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, paytaxt sakininə məxsus “BMW” markalı avtomobildən 4100 dollar pul vəsaiti oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş, orada çalışan 41 yaşlı S.Qəribov müəyyən olunaraq saxlanılıb.
Qaradağ rayonunda isə ticarət mərkəzlərinin birində yerləşən mağazadan 3000 manat maddi vəsait və 3500 manat dəyərində geyim əşyaları oğurlamış, satıcı 42 yaşlı İ.Əzizova saxlanılıb.
Araşdırmalar aparılır.