Xəbərlər
Əsas səhifəAvtomobillərdən oğurluq edən şəxs saxlanılıb
17.06.2025
Xətai rayonunda iki avtomobildən oğurluq olub. Paytaxtın Xətai rayonu N.Tusi küçəsində iki nəfər avtomobillərindən ümumilikdə 177 manat, 1310 manat dəyərində mobil telefon, qulaqlıq oğurlanması barədə polisə müraciət ediblər.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Yusifov müəyyən olunaraq saxlanılıb.
Qaradağ rayonunda isə telefon qovşağına 250 metr mis naqil və 3 ədəd dəmir ayaqaltının oğurlanması ilə bağlı polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 52 yaşlı İ.Meydiyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.