Xəbərlər

Əsas səhifə

Tapılan sənədlər sahibinə “Poçtap” xidməti sayəsində ən ucqar nöqtələrdən çatdırıla bilər

14.03.2017

"Təmiz Şəhər" ASC, "BakuBus" MMC və “Bakı Metropoliteni” QSC-nin ərazisində tapılan sənədlər birbaşa olaraq “Azərpoçt” MMC-yə yönləndiriləcək. “Azərpoçt” MMC “Poçtap” xidməti çərçivəsində həmin sənəd sahiblərini axtararaq tapılan sənədləri onlara təhvil verəcək. “Poçtap” xidməti sayəsində tapılan sənədlərin sahibinə çatdırılması onun istəyindən asılı olaraq həyata keçiriləcək. Çatdırılma, hətta şəhərlərarası da ola bilər. Həmin sənədlər sahiblərinə “Poçtap” xidməti ilə ən ucqar nöqtələrdən belə 1 gün ərzində çatdırılacaq.

 “Poçtap” xidmətinin əlaqələndiricisi Ceyhun Əliyev bildirib ki, xarici vətəndaşların tapılan sənədləri də adi qaydada emal olunacaq və sahibi tapıldıqda ona, tapılmadığı halda müvafiq quruma təhvil veriləcək.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, "Təmiz Şəhər" ASC, "BakuBus" MMC və “Azərpoçt" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.