Xəbərlər

Əsas səhifə

Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edəcək

10.05.2017

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 27-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsinin binasında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.