Xəbərlər

Əsas səhifə

Vətəndaş məmnunluğu

26.05.2017

Avtomobilinin qaçırılması ilə bağlı Nəsimi rayon sakini Ramenenko İvan Maksimoviç DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda 21-ci Polis Bölməsi əməkdaşlarının operativliyindən bəhs edir. Vətəndaş qeyd edir ki, 12 aprel tarixində gecə saatlarında “VAZ” 21013 markalı avtomobilinin şüşəsi sındırılmaqla qaçırılıb. Bu barədə dərhal məlumatlandırılan polis naməlum istiqamətə qaçırılan avtomobili müəyyən edərək, onu qaçıran şəxslə birlikdə saxlayıb. Avtomobilinin saz vəziyyətdə özünə qaytarılmasına diqqət çəkən İvan Ramenenko bölmə əməkdaşlarını hadisəyə dərhal reaksiya verməklə avtomaşını qaçıran şəxsin qısa müddətdə müəyyən olunmasını yüksək peşəkarlıq kimi qiymətləndirir, onların fəaliyyətini təqdir edir.
11.05.2017

Binəqədi rayonu sakini Məmmədov Nizami Museyib oğlu göndərib. Vətəndaş məktubunda Bakı şəhər BPİ Təhqiqat şöbəsinin əməkdaşlarının məişət avadanlığı ustası tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edildiyi üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.05.2017

Sabunçu rayon sakini Tükəzban Bayramova Hümmət qızı  övladının Xəzər RPİ-də müvafiq işlə təmin olunması ilə bağlı DİN rəhbərliyinə minnətdarlıq edir. Məktubda vurğulanır ki, övladının məşğulluğunun təmin olunması ilə bağlı etdikləri müraciətə operativ baxılaraq həll olunub. 
13.05.2017

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi sakini Abdullayeva Mətanət Çapay qızının məktubu isə DİN rəhbərliyinə ünvanladığı şikayət ərizəsinə Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsində baxılması haqqındadır. Vətəndaş qeyd edir ki, yaranan problemlə bağlı şikayəti araşdırılaraq, hüquqi qiymət verilib. 
13.05.2017

Nərimanov rayonundan Abdullayev Alı Müşfiq oğlu polis əməkdaşlarının ictimai asayişin təmin olunmasında olan xidmətləri barədə yazır, bütün Azərbaycan Polisinə təşəkkür edir. 
14.05.2017

Xətai rayon sakini Adıgözılova Samirə Elxan qızı Səbail RPİ İstintaq Şöbəsinin fəaliyyəti barədə, polis adını uca tutan, vətəndaşların təhlükəsizliyini qoruyan əməkdaşları haqqında yazır. Adıgözəlovlar ailəsi adından DİN  rəhbərliyinə göndərilən məktubda vətəndaş, rayonun istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Emil Muxtarovun ona dəymiş maddi zərərin təmin olunmasında prossesual fəaliyyətini qeyd edir, ziyanın ödənilməsini, yaşadığı maddi və mənəvi problemin tamamilə həll olunduğunu vurğulayır. 
16.05.2017

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən Abdullayev Kamran Rafiq oğlu DİN rəhbərliyinə ünvanladığı məktubunda Bakı şəhər BPİ Təhqiqat şöbəsində müraciətininin tam və hərtərfli öyrənilərək araşdırılıb hüquqi qiymət verilməsi barədə yazıb. Bildirir ki, ona vurulan maddi ziyan şikayət etdiyi şirkət tərəfindən tam ödənilərək hüquqları bərpa olunub.
17.05.2017

Pirallahı rayonu, Dübəndi bağlarında yaşayan Kifayət Qurbanova Bakı şəhər BPİ rəhbərliyinə məktub ünvanlayıb. O, məruz qaldığı məişət narahatlığı ilə bağlı rayon polis şöbəsinin təhqiqatçısı Ceyhun Rzayevin ona göstərdiyi köməklikdən yazır. 
17.05.2017

DİN rəhbərliyinə ünvanlanan başqa bir məktubda Sabunçu rayonu Maştağa qəsəbə sakini Racəbova Zülfünaz Zülfüqar qızı məişət zəminin baş verən hadisədən bəhs edir, polisə etdiyi müraciətinə düzgün hüquqi qiymət verilməsini qeyd edir. O, müraciəti ilə bağlı zəhməti olan hər bir polis əməkdaşına minnətdarlıq edir, Sabunçu RPİ 42-ci PB-nin rəhbərliyinin fəaliyyətini təqdir edir.
17.05.2017

Xəzər rayon, Binə qəsəbə sakini Nəzərli Mirsəttar Mirhəsən oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranan münaqişənin həlli ilə bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının ona göstərdiyi həssas münasibəti qeyd edir, bununla bağlı DİN rəhbərliyinə minnətdarlığını bildirir. 
17.05.2017

Şəki şəhər sakini Məmmədov Anar Nəriman oğlu minnətdarlıq hissələri ilə ifadə olunan məktubunda DİN rəhbərliyinə Xəzər rayonunda fiziki təzyiqə məruz qalması ilə bağlı Xəzər RPİ əməkdaşlarının müvafiq araşdırma aparılmaqla yaranan problemin həlli barədə yazır. Qeyd edir ki, müraciəti oprativ şəkildə həll olunub, qarşılaşdığı çətinliklər qanun çərçivəsində öz yoluna qoyulub. 
17.05.2017