Xəbərlər

Əsas səhifə

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində ilkə imza atıblar

06.06.2017

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti tədbir Yasamal Rayon Polis İdarəsinin və rayon qeydiyyat şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi günündə keçirilib.

Tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar bir ilkə imza atıblar. Həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən üç körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər.

Gələcəkdə belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.