Xəbərlər

Əsas səhifə

“Sağlam təfəkkür, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib

09.06.2017

Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Sağlam təfəkkür, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə son iki ildə keçirilən maarifləndirici tədbirlərin videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından, ölkəmizdə ona qarşı aparılan mübarizədən, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən danışıb.

Çıxış edən Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli və başqaları narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərin olması faktlarından təəssüflənərək gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli vacib işlərdən danışıblar.

Bir neçə məktəb direktoru “Narkomaniyaya qarşı mübarizə tədbirlərində məktəblilər arasında maarifləndirmə işlərinin təşkilində səmərəli xidmətlərinə görə” Fəxri Fərmanla təltif olunublar.