Xəbərlər

Əsas səhifə

Vətəndaşlardan təşəkkür məktubları

05.07.2017

Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva DİN rəhbərliyinə məktub göndərib. O, şagirdlərin şəxsiyyət vəsiqələrinin alınmasında Xəzər RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarının yaxından göstərdiyi köməkliyə görə öz təşəkkürünü bildirir. 

Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini Xancanov Arif Kamal oğlu polisə müraciət edərək, borclu şəxs kimi axtarışda olan Rüstəmov Qabil Zabit oğlu  haqqında məlumat verib. Məlumata əsasən Q.Rüstəmov saxlanılıb. Vətəndaş, müraciətinin tez bir zamanda yerinə yetirildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Xəzər rayonu, Buzovna qəsəbə sakini Abbasov Orxan Bəybala oğlunun göndərdiyi məktubda rayon polis əməkdaşlarının çevikliyindən bəhs olunur. O, bildirir ki, 9 aprel tarixində ona məxsus “VAZ-2109” markalı avtomaşın qaçırılıb. Lakin polis əməkdaşlarının operativliyi sayəsində avtomobil tez bir zamanda tapılaraq sahibinə qaytarıldığı üçün DİN rəhbərliyinə minnətdarlıq edir.

IV İslam Həmrəyliyi Oyunlarında Bakı Polisi ictimai qaydanın və ictimai asayişin təmin olunmasında yüksək peşəkarlıq nümunəsi göstərdi. DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda bunu görmək olar. Belə ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin əməkdaşı İlham Cəfərov arenada təhlükəsizliyin təmin olunmasında Xətai RPİ-nin 35-ci PB-nin inspektoru, polis kapitanı Həsənova Günel Taryel qızının yüksək səviyyəli və nümunəvi xidmətindən bəhs edir. 

Sabunçu rayon sakini Qasımov Ələkbər Elman oğlu DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Nəsimi RPİ İstintaq şöbəsində müraciətinə hüquqi qiymət verilməsindən yazıb. Ə.Qasımov ona vurulmuş maddi və mənəvi ziyan şikayət etdiyi şəxs tərəfindən ödənilib və onlar arasında barışığın əldə olmunmasında polis əməkdaşlarının humanistliyindən bəhs edir.

Xətai rayon sakini Ağayarov Cabbar Allahyar oğlu Bakı Şəhər DYPİ-nin əməkdaşı, polis baş leytenantı Cəbrayılov İlkin Vidadi oğlunun işində vətəndaşlarla nümunəvi rəftarına görə Bakı Şəhər BPİ rəhbərliyinə minnətdarlığını bildirir.

Nizami rayon sakini Abdullayev Orxan Səyavuş oğlu göndərdiyi məktubda qeyd edib ki, mayın 27-də Şamaxı rayonu ərazisində istirahət mərkəzlərindən birində olarkən 2400 manatını itirib. Hadisədən xeyli müddət keçəndən sonra onu istirahət mərkəzinin ofisinə dəvət ediblər və burda ona özünü Bakı Şəhər BPİ-nin müstəntiqi Həbib kimi təqdim edən şəxs istirahət mərkəzinin ərazisindən pul tapdığını deyib. Əskinasların sayı dəqiq deyildikdən sonra pul tam şəkildə ona qaytarılıb. O.Abdullayev polisdə belə insani keyfiyyətlərə malik, vicdanlı, ləyaqətli şəxslərin olduğu üçün Bakı Şəhər BPİ rəhbərliyinə təşəkkürünü bildirir.


Xəzər rayonu, Binə qəsəbə sakini Qocayeva Samirə Fərhad qızı göndərdiyi məktubunda qeyd edib ki, Xəzər RPİ-nin əməkdaşları ailə üzvünə qarşı törədilmiş zorakılıq əməlinin üstünü açıb, cinayətkarı yaxalayaraq məhkəməyə təhvil veriblər. Hadisəni operativ şəkildə araşdırdığına görə o, DİN rəhbərliyinə minnətdarlıq edir.

Nəsimi rayon sakini Məmmədova Validə Qasım qızının şikayət ərizəsi əsasında araşdırma aparan Xəzər RPİ 1-ci PB-nin əməkdaşları problemi tezliklə aradan qaldırıblar. Bölmənin sahə inspektoru, polis mayoru Nəbi Orucovun xidmətini xüsusilə qeyd edən V.Məmmədova DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Səbail rayon sakini Cəfərov Şəki Loğman oğlu DİN rəhbərliyinə ünvanlanmış məktubunda bildirir ki, haqqında yazılmış protokoldan rayon polisinə müraciət edib. İşi obyektiv araşdıran polis leytenantı Elşən Ağayev protokolun ləğv olunmasında ona yardımçı olub.
Polis əməkdaşlarının yüksək peşəkarlığından bəhs edilən məktubda vətəndaş Məmiyev Aqşin Xeyrulla oğlu qeyd edir ki, “Mitsubishi Pajero” markalı avtomobilinin bir hissəsinin oğurlanması ilə əlaqədar Xətai RPİ 34-cü PB-yə müraciət edib. A.Məmiyev hadisəni törətmiş şəxsin tez bir vaxtda tutularaq məsuliyyətə cəlb edildiyinə görə polis əməkdaşlarına təşəkkür edir.

Qarşılaşdığı qanunsuzluqla bağlı Bakı Şəhər BPİ-yə müraciət edən Yaqubov Rüstəmbəy Fikrət oğlu təşəkkür mətubunda bildirir ki, pozulmuş hüquqları bərpa olunub. Belə ki, Rüstəmbəyin etibarından sui-istifadə edən şəxsdən ödəməli olduğu 10 min manat ona geri qaytarılıb. O, bunun üçün DİN və Bakı Şəhər BPİ rəhbərliyinə minnətdarlıq edir.

Səbail rayon sakini Polad Poladov DİN rəhbərliyinə ünvanlanmış məktubunda şikayət ərizəsi ilə rayon polisinə müraciət etdiyini qeyd edib. Məsələyə həssaslıqla yanaşan polis əməkdaşları vətəndaşın problemini dərhal həll ediblər.

Yevlax rayon sakini Hacıyev Fuad Etibar oğlu həyat yoldaşına qarşı törədilmiş soyğunçuluq cinayəti ilə bağlı Nəsimi RPİ 19-cu PB-yə müraciət edir. Hadisəni araşdıran bölmənin gənc əməliyyatçısı, polis leytenantı Tural Qubadzadə qısa zamanda cinayətkarın yaxalanmasına nail olur. F.Hacıyev peşəkar polis əməkdaşı yetişdirdiyinə görə DİN rəhbərliyinə özü və ailəsi adından minnətdarlıqlarını bildirir.

Polis idarələrində həmişə vətəndaşlara səmimi münasibət göstərilib, onlara qayğı ilə yanaşılıb. Bunu DİN rəhbərliyinə göndərilmiş məktubda da görmək olur. Vətəndaş Məmmədova Arzu Mayis qızı qeyd edir ki, övladının şəxsiyyət vəsiqəsi almasında Nəsimi RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları yaxından köməklik göstəriblər.

Cəbrayıl rayonundan məcburi köçkün olan Kazımov Vaqif İltizam oğlu məktubunda bildirir ki, övladı Mirağaya məxsus avtomobil keçən ilin avqust ayında oğurlanıb. V.Kazımov avtomobilin Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən tapıldığı üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Salmanovlar ailəsi DİN rəhbərliyinə məktub göndərib. Məktubda qeyd olunub ki, Bakı Şəhər BPİ CAİ və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Polis əməkdaşlarının xidmətlərindən yalnız adi vətəndaşlar deyil, həmçinin ölkəmizdə fəaliyyət göstərən xarici nümayəndəliklər də razılığını bildirirlər.Onlardan biri də İsrail dövlətinin Bakıdakı səfirliyinin ikinci katibi, Təhlükəsizlik Şöbəsinin rəisi Sergey Şaulovdur. O, Azərbaycan Dövlət Filarmoniyasının “Qış zalı”nda israilli pianoçu Dorel Golanın və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Azərbaycan-İsrail diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsertlərin təşkilində və təhlükəsizliyin təmin olunmasında Bakı Şəhər BPİ İctimai-Təhlükəsizlik və Səbail RPİ-nin əməkdaşlarının göstərdikləri xidmətlərə görə Bakı Şəhər BPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.