Xəbərlər

Əsas səhifə

"Təmiz hava" aylığı keçirilir

02.08.2017

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Respublika ərazisində "Təmiz hava" aylığına başlayıb. 
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, tədbirlər Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı çərçivəsində əhalinin həyat şəraitinin və təhlükəsizliyinin yüksəldilməsi, ekoloji tarazlığın təmin olunmasına yönəlib.  
Yol polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq yalnız paytaxt deyil, regionlarda da həyata keçiriləcək. Tədbirlərin keçirilməsində məqsəd istismarda olan nəqliyyat vasitələrinin mühərrikinin ətraf mühitə buraxdığı qazların tərkibində dəm qazının miqdarının yoxlanılması, onun qarşısının alınması, sürücülərin maariflənməsi, onlara hüquq və vəzifələrinin aşılanmasıdır.