Xəbərlər

Əsas səhifə

Qarşıda yeni vəzifələr var

05.01.2018

Ancaq biz cinayətkarlığa qarşı aparılmış mübarizənin statistik göstəricilərindən əvvəl, paytaxtda baş tutumuş beynəlxalq əhəmiyyətli tədbirlərdən söz açmaq istərdik. Çünki bu tədbirlərin keçiriliməsi öz-özlüyündə elə Bakıda cinayətkarlığa qarşı uğurlu mübarizənin və etibarlı ictimai sabitliyin ən bariz nümunəsi sayılmalıdır. Məlum məsələdir, sabitlik olmayan yerdə heç bir beynəlxalq təşkilat kütləvi tədbir keçirmək istəyən dövlətin namizədliyini belə qəbul etməz.

Ötən ilin ən önəmli hadisələrindən biri, heç şübhəsiz, IV İslam Həmrəyli Oyunları oldu. Bir qədər obrazlı deyilsə, keçən il islam dünyasının “nəbzi” Bakıda vururdu.

İslamiadanın siyasi dividenti rekord sayda ölkənin Bakıya toplaşması hesab olunur. Bu, Azərbaycana inam və etibarın, hörmətin ifadəsi kimi qəbul edildi. Müşahidəçilər bunu Azərbaycanın həm beynəlxalq nüfuzunun göstəricisi, həm də dövlətlərarası dostluq münasibətlərini daha da möhkəmləndirən amil kimi qiymətlənirdilər.

Ölkələrin turizim potensialını tanıtmaq üçün beynəlxalq kütləvi tədbirlərə ev sahibliyi etməyin müstəsna imkanlar yaratdığını xüsusilə qeyd etməyə yəqin ki, ehtiyac yoxdu. Bu çoxdan sınanlımış və özünü doğrultmuş üsuldur. Ötən il islam ölkələrindən gələn, xüsusilə ərəb turistlərin Bakıda, eləcə də ətraf rayonlarda nəzərəçarpacaq qədər artması bunun təsdiqi oldu. İqtisadçılar həmrəylik oyunlarında iştirak edən ölkələrdən bundan sonra gələcək turistlərin və ölkəmizə daxil olacaq valyutanın da artacağını proqnozlaşdırırlar. Hesab edilir ki, yarışlar Azərbaycanın islam ölkələrində yaxşı piyarını həyata keçirdi və nəticə etibarı ilə bu, iqtisadi artıma təsir göstərir.

Eləcə də ardıcıl keçirilən “Formula-1 üzrə Avropa Qran Pri» yarışları ötən ildə də təhlükəsizliyi yüksək səviyyədə təmin edilmiş idman tədbiri olaraq, dünyanın diqqətini çəkdi. Ümumən, beynəlxalq əhəmiyyətli təbirlərin keçirilməsi yalnız etibarlı təhlükəsizlik şəraitində mümkün olduğuna görə xarici investorları cəlb etmək baxımından yaxşı fürsət yaradır. Beynəlxalq maliyyə qurumları öz vəsaitlərini nəinki qeyri-sabit yerə yatırmır, ümumiyyətlə yaxın illər üçün risk gözlənilən ölkəyə yaxın durmurlar. Xarici investisiya ölkəyə sabitlik olduğu halda gəlir, onun təşviq edilməsi üçün də beynəlxalq miqyaslı kütləvi tədbirlərin keçirilməsi, bir növ, tam təhlükəsizliyin zəmanəti kimi çıxış edir. Bu mənada, istər İslamiada, istərsə də “F-1” yarışları Azərbaycanda dayanıqlı sabitliyin, etibarlı təhlükəsizliyin mövcudluğunu bütün dünyaya bir daha bəyan etmiş oldu.

Bunlar onu göstərir ki, Bakı nəinki region ölkələri içində, hətta dünyada öz sabitliyi ilə seçilən şəhərdir və o istənilən beynəlxalq tədbirə ev sahibliyi etmək iqtidarındadır. Şübhəsiz ki, dünyada bu etimadı dövlətin digər güc strukturları ilə birlikdə, daxili işlər orqanları, o cümlədən Bakı polisi yaradır.

Statistik göstəricilərdə də bu açıq-aşkar nəzərə çarpır. Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində qeyd olunurdu ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9148 cinayət qeydə alınıb, onların da 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər olub. Şəxsiyyət

əleyhinə olan 1316 cinayətdən 94,5 faizi, o cümlədən qəsdən adamöldürmələrin 95,5 faizi, adamöldürməyə cəhdlərin isə 100 faizi açılıb.

Ötən il mülkiyyət əleyhinə olan cinayətlərdən xüsusi əmlak oğurluqları 4,3 faiz, mənzillərdən edilən oğurluqlar 1,3 faiz, avtonəqliyyat oğurluğu 31,3 faiz, soyğunçuluqlar 12,9 faiz, quldurluqlar isə 5,9 faiz müvafiq dövrlə müqaisədə açılma faizinə görə yaxşılaşdı.

Ümumiyyətlə, baş vərən cinayətlərin 80-90 fazindən çoxu açılırsa, bu, böyük naliyyətdən xəbər verir. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək fazilə açılması necə ağır zəhmətdən sonra mümkün olur.

Bəli, bütün ölkə ərazisində, o cümlədən paytaxtda etibarlı sabitlik höküm sürür və bu uğurun arxasında, digər hüquq-mühafizə orqanlarının xidmətini qətiyyən azaltmadan deyə bilərik ki, polisin gərgin əməyi dayanır. Uğurlar isə arxayınlıq yaratmır, əksinə, qarşıya yeni vəzifələr qoyur.