Xəbərlər

Əsas səhifə

Vətəndaşlar polisə inanır

03.11.2018

Polisin fəaliyyətinə biganə qalmayan  vətəndaşlar müxtəlif polis orqanlarına məktublar göndərməklə öz minnətdarlıqlarını bildirirlər.
Ağdam rayonundan məcburi köçkün olan, hazırda Bərdə rayonunda məskunlaşan Adil İbrahimov Bakı Şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlının fəaliyyətindən razılığını ifadə edir. Polis polkovnikinin qəbulunda olan A.İbrahimov bundan sonra probleminin həll olunduğunu qeyd edib.
Sentyabrın 24-də Sabirabad rayon sakini Vüqar Məmmədov mobil telefonun ehtiyat hissəsini işlək adı ilə alıb. Ehtiyat hissənin işləmədiyini - aldadıldığını anlayan V.Məmmədov “102-Zəng Mərkəzinə” məlumat verib. Nəsimi RPİ 20-ci PB-nin sahə rəisi Elşad İsmayılov dələduzluqda şübhəli bilinən şəxsi saxlayaraq, dəyən ziyanın ödənilməsini təmin edib.
Qaradağ rayonunda yaşayan Cavid Vəlizadə üzləşdiyi probləmlə əlaqədar Bakı Şəhər BPİ-yə müraciət edib. Baş İdarənin təhqiqatçısı Asif Qubadov məsələni araşdıraraq obyektiv qərar qəbul edib.
Özünü vəkil kimi təqdim edən Miriqbal Ağayev Sakitə Məmmədovanın min manatını talayıb. Nəsimi RPİ-nin əməkdaşları pulun geri qaytarılmasında S.Məmmədovaya yardımçı olublar.
Avqustun 12-də Nəsimi rayon sakini Fərmayıl Ələsgərovun mobil telefonu oğurlanıb. Rayon polisinin fədakarlığı və çevikliyi sayəsində oğurluqda şübhəli bilinən şəxs qısa zamanda tutulub, dəyən ziyan ödənilib.
Xətai rayonunda yaşayan Mətləb Nöhbalayev anoloji hadisə ilə qarşılaşıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb, mobil telefonu sahibinə qaytarıblar.
Oğurluq hadisəsi ilə bağlı növbəti fakt Binəqədi rayonu, Yeni Yaşayış Massivində qeydə alınıb. Rayon sakini Aynur Rəsulova oğurluqda şübhəli bilinən şəxsi tutub, məhkəməyə təqdim edən polis əməkdaşlarına minnətdarlığını bildirir.
Esmira adlı qadın Sabunçu rayonu Balaxanı qəsəbəsinin sakini Elman İbrahimovun etibarından sui-istifadə edərək 25 min manatını talayıb. E.İbrahimovun polisə müraciətindən sonra müstəntiq Abbas Hüseynov dəyən ziyanın ödənilməsini təmin edib.
Yasamal rayon sakini Amid Fətiyev DİN rəhbərliyinə ünvanladığı şikayət məktubunu ədalətlə araşdıran Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarına təşəkkürünü bildirib.