Xəbərlər

Əsas səhifə

Yük maşınlarının paytaxtda hərəkət istiqamətləri müəyyənləşdirilib

16.11.2018

Yük avtomobillərin paytaxt ərazisində hərəkəti üçün istiqamətlər müəyyənləşdirilib. Noyabrın 15-dən başlayaraq, sürücülərə paytaxta cənub girişdən – Lökbətan dairəsi-Sulutəpə qəsəbəsi-Binəqədi yolu, Mehdiabad yolu-Balaxanı-Zabrat yolu, şimaldan – Sumqayıt yolu - Biləcəri qəsəbəsi və Baksol yoluna daxil olmaqla tikinti materaialları satılan Ziya Bünyadov prospektinə getməyə icazə verilir. 
 
Sürücülər həmçinin "Çermet" körpüsünün altı, Ziya Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən - Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə, Mərdəkan-Şüvəlan yolu, Qala-Türkan -Pirallahı yolu, Hövsan -Yeni Günəşli-Mehmandarov küçəsi-Neapol dairəsi yolundan da istifadə edə bilərlər.
 
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2015-ci ildə Nazirlər Kabinetinin ''Yol Hərəkəti Komissiyası''nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərinə paytaxta səhər saat 7:30-dan 20:00-a qədər giriş qadağan edilib. Noyabrın 15-dən qaydaları pozan yük avtomobilləri müşahidə kameraları tərəfindən qeydə alınır. Müəyyənləşdirilən marşurutdan kənara çıxan sürücülər isə 40 manat miqdarında cərimə olunacaqlar.