Xəbərlər

Əsas səhifə

Yol polisi dünya çempionu oldu

20.11.2018

Yol polisi əməkdaşı beynəlxalq yarışda həm Azərbaycan bayrağını,  həm də Azərbaycan polisinin adını yüksəklərə qaldırıb. Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi Yol-Patrul Xidməti Alayının Növbətçi Hissəsinin əməkdaşı, polis kiçik-serjantı Nicat Əliyev əməkdar idman ustasıdır.

Nicat Əliyev Rusiya Federasiyasında keçirilən yarışda çempion adını qazanıb. Gənc əməkdaşımız 12-19 noyabr tarixlərində Kaluqa vilayətinin Medin şəhərində universal döyüş üzrə dünya çempionatının qalibi olub. O, 58 ölkədən 300-dən artıq idmançının qatıldığı yarışda 80 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənc polis əməkdaşı indiyədək də böyük uğurlara imza atıb. Belə ki, universal döyüş üzrə beşqat Dünya çempionu, 6 dəfə Avropa çempionu və dünya oyunlarının qalibi olub. Həmçinin, Asiya kəmərinin də sahibidir. 6 dəfə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin çempionu olub. Dövlətimizin başçısı İlham Əliyev onu 2 dəfə mükafata layiq görüb, mənzil hədiyyə edib.

Nicat Əliyev ona böyük diqqət və qayğı göstərildiyini söyləyir: “Ölkə başçısı və Daxili İşlər Nazirliyi rəhbərliyinin mənə yaratdığı şərait nəticəsində bu uğurları qazanmışam. Onlara diqqət və qayğılarına görə minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşıyam”.