Xəbərlər

Əsas səhifə

Təşəkkür məktubları – Vətəndaş məmnunluğu təmin olunur

29.11.2018

Daxili işlər orqanlarına edilmiş müraciətlər heç bir halda cavabsız qalmır, hər bir məsələyə adekvat cavab verilir, qeyri-qanuni əməllərin qarşısı alınır. Bütün bunlar da yalnız əsas məqsədlərə - vətəndaş məmnunluğunun təmin olunması ilə yanaşı, pozulan hüquqların bərpa olunmasına yönəlib. 
 
Gördüyü xidmətlərin qarşılığında vətəndaşlardan bizə göndərilən təşəkkür məktublarını təqdim edirik...
 
Tərtər rayon sakini Əbülfət Abbasov borc verdiyi şəxsdən pulunu ala bilmədiyi üçün polisə müraciət edib. Bakı Şəhər BPİ rəisinin ŞHİÜ böyük köməkçisi, polis polkovniki Əli Vəliyev və köməkçi, polis polkovnik-leytenantı Fuad Dadaşovun sayəsində tərəflər arasında yaranan problem həll olunaraq, hüquqlarının bərpa olunduğunu qeyd edir. Buna görə, minnətdarlıq dolu sözlərlə fikirlərini bizimlə bölüşür.  
 
Oktyabrın 25-26 tarixlərində “Yeni dünya və yeni insan formalaşdıraq: Yaradıcılıq və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev forum çərçivəsində keçirilən tədbirlərin təşkilində əməkdaşlığa və göstərilən dəstəyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
 
Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Bacıgül Günəşova ilə qızının qonşusu arasında münaqişə yaranıb. Qaradağ polisi hadisəni araşdıraraq ədalətli qərar qəbul edib. Vətəndaş bu qərara görə minnətdarlıq edir. 
 
Əmlakı oğurlanan Nəsimi rayon sakini Sədaqət Musayevanın müraciəti əsasında rayon polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb. 
Başqa bir məktubda isə Zirə qəsəbə sakini Xavər Rzayeva uzun müddətdir axtarışda olan şəxs saxlanılmasından məmunun olduğunu qeyd edir. O, Xətai Rayon İcra Şöbəsinə təhvil verilməsindəki köməkliyinə görə Xəzər RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşları Firuz İmanova və Namik Nəsirova təşəkkürünü bildirib.
 
Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları rayon sakini Adil Rəhimova qarşı törədilmiş soyğunçuluq əməlinin üstünü qısa zamanda açıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsi tutub. Vətəndaş qeyd edir ki, cinayətin üstünün açılması onun sevincinə səbəb olub və bundan dolayı polisin fəaliyyətini təqdir edir. 
 
Bakı Şəhər BPİ və Nərimanov RPİ-nin əməkdaşları noyabrın 15-də şagirdləri zərərli vərdişlərdən yayındırmaq və bu istiqamətdə məlumatlandırmaq məqsədilə rayon ərazisində yerləşən Məktəb-Lisey Kompleksində tədbir keçirib. “Narkomaniya ümumbəşəri bəladır” başlığı ilə keçirilən tədbirdə müəllim və şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti izah olunub. Həmçinin diskussiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparılıb. Lisey rəhbəri Fuad Babayev bildirib ki, bu məzmunda qabaqlayıcı tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən, hüquqpozulmalardan yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıyır. Müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzi təbliğ etməklə yanaşı, onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır.