Xəbərlər

Əsas səhifə

Digər cinayət əməllərinin də üstü açıldı

07.12.2018

Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində “Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.

Araşdırmalar aparılır.