Xəbərlər

Əsas səhifə

Ramana qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü istintaqa cəlb olunub

10.12.2018

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu dekabrın 9-da saat 22 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun birgə məlumatın görə, piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq davam etdirilir.