Xəbərlər

Əsas səhifə

Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyev

12.12.2018

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir. Xalqımızın ümummilli liderinin Heydər Əliyevin əbədiyyətə qovuşmasının on beşinci ildönümü ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində anım mərasimi keçirilib. 
 
Tədbir Azərbaycanın azadlığı uğrunda canlarında keçən şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb. 
Tədbiri giriş sözü ilə açan Baş İdarə rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını qeyd edib.
 
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin təməli həmin dövrdə qoyulan azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi əsaslı zəmin yaradıb. 
 
Ulu öndərin həyatının ayırı-ayırı mərhələləri haqqında məlumat verən polis polkovniki bildirib ki, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
 
Vurğulanıb ki, O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda Heydər Əliyevə etibar edib.  
 
Çıxışlarda Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolundakı misilsiz xidmətlərinə toxunub, Azərbaycan Polisinin formlaşamasında göstərdiyi xidmətlərdən danışıb. 
 
Çıxışlarda ümumilli liderin yürütdüyü siyasi, hüquqi, sosial-iqtisadi, quruculuq siyasətinin Azərbaycanın müasir dünyaya inteqrasiya olunmasına dəyərli töhfələr verdiyi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada olan inkişaf edən dövlətə çevrildiyi qeyd olunub.