Xəbərlər

Əsas səhifə

"Narkomaniyaya yox deyək"

24.12.2018

Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda K.A.Kərimov adına 8 saylı tam orta məktəbdə geniş tədbir keçirilib. 

Tədbirin əsas məqsədi yeniyetmələr arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini A.Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları və məktəb rəhbərliyi iştirak ediblər. 

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə təsiri, hüquqa zidd əməllərdən qorunma yolları haqda geniş məlumat verilib. 

Tədbirdə "Narkomaniya-bəşəriyyətin bəlası” adlı həmçinin maarifləndirici videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.