Xəbərlər

Əsas səhifə

Saxta pul dəyişmək istəyən yaxalandı

25.12.2018

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Araşdırma aparılır.