Xəbərlər

Əsas səhifə

Həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs polis tərəfindən saxlanılıb

07.01.2019

Xəzər rayonunun Mərdəkan qəsəbəsi sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti yıxılması nəticəsində aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, rayon polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün Mərdəkan qəsəbəsində İ.Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişənin baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyənləşdirilib.

Görülmüş tədbirlər nəticəsində P.Nəzəri polis əməkdaşları tərəfindən saxlanılıb.