Xəbərlər

Əsas səhifə

Külli miqdarda narkotik vasitə - heroin dövriyyədən çıxarılıb

08.01.2019

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 
Faktl bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.