Xəbərlər

Əsas səhifə

Avtomobillərdən oğurluq edənlər saxlanılıblar

18.01.2019

Paytaxtın Xətai və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” və “Opel” markalı avtomobillərdən pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Ələkbərov saxlanılıb. 

Polis əməkdaşları tərəfindən onun törətdiyi digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində daha 5 avomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının avtomobillərdən oğurluq etdiyinə görə tutulmuş Füzuli rayon sakini Ramiz Məmmədovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.

Araşdırmalar aparılır.