Xəbərlər

Əsas səhifə

Nizami rayonunda şagirdlərlə görüş keçirilib

14.02.2019

Nizami rayonunda yerləşən 32 nömrəli məktəbdə fevralın 13-də keçirilən tədbirdə Rayon Polis İdarəsinin əməkdaşları, polis veteranları, dövlət qurumlarının nümayəndələri, müəllim və şagird kollektivi iştirak edib. 
Nizami RPİ-nin  bölmə rəisi, polis kapitanı Yaşar Həsənov  “Dini radikalizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb, dini fanatizmin mahiyyətini izah edib.  
Nizami RPİ-nin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova da bu mövzuda yeniyetmələrin maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu bildirib, onları radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.
Çıxış edən digər tədbir iştirakçıları şagirdlərə diqqətlərini yalnız təhsilə, məktəbə yönəltmələrini və sağlam həyat tərzi keçirmələri barədə zəruri tövsiyələr veriblər. Tədbirdə insanpərvərlik prinsiplərinə zidd, cəmiyyətin maraqlarını təhdid edən radikal dini cərəyanlarla bərabər, digər zərərli vərdişlərdən çəkinmələri, siqaret və spirtli içkilərdən, narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlardan, xəstəliklərdən qorunma yolları haqqında geniş profilaktiki söhbət aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb