Xəbərlər

Əsas səhifə

Bankomatdan oğurluq edən qısa müddətdə yaxalanıb

15.02.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 11-də “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.
 
Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Faktla bağlı araşdırma aparılır.